Rendel Brenes rəsmən "Xəzər Lənkəran"da

Rendel Brenes rəsmən "Xəzər Lənkəran"da
XƏBƏR 9 Fevral 2012 / 21:35 4318
-  A +

“Xəzər Lənkəran” klubu bu gün Kosta-Rika millisinin hücumçusu Rendel Breneslə iki illik müqavilə bağlayıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı Rendel Moya Brenes karyerası ərzində vətənində və həmçinin Norveç çempionatında çıxış edib. Hücumçu 2005-2008-ci illərdə Skandinaviyanın  “Bodo Qlimt”, 2008-2009-cu illərdə isə “Konqsvinger” klublarının şərəfini qoruyub.
 
2010-cu ildən etibarən isə oyunçu ölkəsinin “Kartagines” klubunda top qovub. “Xəzər Lənkəran”a məhz “Kartagines”dən keçən Rendel cari mövsümdə 21 oyuna çıxmaqla 14 dəfə fərqlənməyi bacarıb.
 
Brenes həmçinin ötən il mütəmadi olaraq Kosta-Rika milli komandasının sıralarına da çağırılıb. Belə ki, futbolçu 2011-ci il ərzində CONCACAF Kubokunda 2 oyun, Mərkəzi Amerika Kubokunda 4 oyun və Copa America turnirində 2 oyunda meydana çıxıb. CONCACAF Kubokunda 1 qol vurmuş cənub təmsilçisinin yeni transferi həmçinin ötən il 8 yoldaşlıq görüşündə forma geyinməklə, bu oyunlarda daha 2 dəfə fərqlənə bilib.  

Keçən il Kosta-Rika millisinin dünya çempionu İspaniyaya qarşı keçirdiyi oyunda hesabı da məhz Rendal açmışdı.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq