Ağayev: "Bunun asan olmayacağını anlayırıq"

XƏBƏR 9 Fevral 2012 / 14:45 2499
-  A +

“İnter” klubunun qapıçısı Səlahət Ağayev Antalyada komandasının keçirdiyi təlim-məşq toplanışı haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən Ağayev “İnter”in mövsümü titulla başa vurmaq istədiyini də deyib:

“Antalyada keçirilən yoxlama matçlarında bizə qarşı güclü rəqiblər oynayırdılar və bu da əhəmiyyətli amil idi. Bu yaxınlarda “İnter”lə müqavilə müddətini uzatdım və komandaya kömək edəcəyimə ümid edirəm. Mövsümü titulla başa vurmağımızı çox istərdim, ancaq bunun asan olmayacağını da anlayırıq”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq