"İnter"in daha bir futbolçusu "Simurq"da

XƏBƏR 9 Fevral 2012 / 14:44 2051
-  A +

“Simurq” PFK müdafiəçi Rüstəm Abbasovu heyətinə qatıb. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, artıq onunla rəsmi müqavilə imzalanıb. Gənc futbolçu mövsümün sonunadək icarə əsasında karyerasını Zaqatala klubunda davam etdirəcək. R.Abbasov “Simurq” PFK-da 28 nömrəli formasını geyinəcək.
 
Qeyd edək ki, Rüstəm Abbasov buna qədər “İnter”in heyətində çıxış edirdi. Abbasov futbol karyerasına Rusiyada başlayıb. Mərkəz müdafiəçisi həmçinin U-21-in heyətinə də cəlb olunub.

Rüstəm Abbasov qış fasiləsində "Simurq"un "İnter"dən heyətinə cəlb etdiyi ilk futbolçu deyil. Bundan əvvəl "bankirlər"dən Dmitri Kramarenko və və Ruslan Poladov da Zaqatala klubuna keçmişdi.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq