Cihan Özkaranın komandası "Beşiktaş"a uduzmadı

Cihan Özkaranın komandası "Beşiktaş"a uduzmadı
XƏBƏR 9 Fevral 2012 / 22:24 3010
-  A +

Bu gün Türkiyə Superliqasının XXVI turu çərçivəsində növbəti matçlar oynanılıb.

Qol.Az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” öz meydanında “Beşiktaş”la bərabərə qalıb: 1-1.

Cihan Özkara matçın 81-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Sivasspor” qeydə alınan bərabərlikdən sonra 42 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq