Ansi Aqolli: "Belə şayiələrə fikir vermirəm"

Ansi Aqolli: "Belə şayiələrə fikir vermirəm"
XƏBƏR 8 Fevral 2012 / 13:15 2099
-  A +

“Vallah, bu xəbərin necə meydana çıxması mənim üçün də maraqlıdı. “Qarabağ”ı atıb hara getmişəm?”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli klubun rəsmi saytına açıqlamasında deyib.

Aqolli Ukrayna mətbuatında onun “Qarabağ”dan ayrıldığı haqda yayılan xəbərlərə münasibət bildirib: 

“Belə şayiələrə fikir vermirəm. Ötən qış "Qarabağ"la il yarımlıq müqavilə bağlamışam. Sənədin bitməsibə sonuna hələ 6 ay var. Mən hələ uzun illər “Qarabağ”ın formasını daşımaq istəyirəm. Ukraynadan heç kim mənimlə əlaqə saxlamadığı halda, belə əsassız məlumatlar meydana çıxıb”.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...