"Simurq" qayıtdı

XƏBƏR 8 Fevral 2012 / 11:18 1489
-  A +

“Simurq” Peşəkar Futbol Klubu Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb. Qol.Az-ın məlumatına görə, yanvarın 14-dən qardaş ölkədə ikinci dövrəyə hazırlaşan komanda dünən ölkəyə gəlib. Hava limanından birbaşa Zaqatalaya yollanan Sergey Yuranın komandası bugündən gündə iki dəfə olmaqla məşqləri bərpa edəcək.

Zaqatalaya tam heyətlə yollanan komandada zədəli futbolçu yoxdur. Yüksək əhval-ruhiyyədə olan futbolçular bazada “Qarabağ”la oyuna hazırlıqlaşacaqlar. 

Xatırladaq ki, “Simurq” yanvarın 31-də vətənə qayıtmalı idi. Lakin hava şəraiti ilə əlaqədar rəhbərlik fevralın 7-dək Antalyada qalmaq qərarını vermişdi. Təlim-məşq toplanışı çərçivəsində "Simurq" dörd yoldaşlıq görüşü keçirib. Almaniyanın “Offenbax” klubuna 1-2 hesabı ilə məğlub olan “Simurq”, Qazaxıstanın “Kaysar” və Gürcüstanın “Torpedo” kollektivləri görüşdən sülhlə ayrılmışdı. Fevralın 3-də Çin çempionatının yüksək liqasında mübarizə aparan BİT-lə (Beijing Institute of Technology) qarşılaşan sarı-qaralar Antalyada təşkil olunan hazırlıqda 4-0 hesabı ilə ilk qələbəsini qazanmağı bacarmışdı.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq