Ağdamın “Qarabağ” klubu qış fasiləsi müddətində 3-cü futbolçu transferini rəsmiləşdirib.
Qol.Az-ın məlumatına görə, klub rəhbərliyi Vaqif Cavadov və Eltun Yaqublunun ardından Makedoniya milli komandasının pleymeykeri Muarem Muaremin keçidini həyata keçirib. “Rabotniçki” klubundan alınan 24 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanılıb.
Türk əsilli Makedoniya vətəndaşı ölkəsinin bütün aşağı yaş qruplarının formasını geyindikdən sonra hazırda əsas millisinin heyətində müntəzəm olaraq meydana çıxır. Muarrem müqavilə imzaladıqdan sonra Ağdam klubunun rəsmi saytına deyib:
“Belə böyük camiəyə gəldiyimə görə çox məmnunam. Bu komandadan təklif gələndə düşünmədən razılıq verdim. Bilirəm ki, “Qarabağ” Azərbaycanın ən böyük komandalarından biridir. Makedoniya futbolunun əfsanələrindən Artim Şakiri bu klubda oynayıb. Komandanın Avropa Liqasında uğurlu çıxışından da xəbərim var. 2 il bundan öncə “Qarabağ” Avroliqada “Metallurq”la qarşılaşanda ölkəmdəki oyunu stadionda izləmişdim. O zaman olduqca texnikalı, baxımlı futbol oynayan komanda olduğu bilinirdi. Mən də belə oyun üslubunu sevirəm”.
Makedoniyalı futbolçu “Qarabağ”dakı əsas hədəfinin çempionluq olduğunu açıqlayıb: “Bilirəm ki, uzun müddətdir çempion ola bilmirik. Deyirlər ki, ayağım yüngüldür. “Orduspor” da uzun müddət Türkiyə Superliqasına həsrət qalmışdı. Bu sindroma son qoya bildik. “Qarabağ”ın futbolçularından Nderim Nedzipi və Boyan Pavloviçi öncədən tanıyırdım. Bilirəm ki, yeni komandamda çoxlu milli üzvü var. Göründüyü kimi yüksək səviyyəli komandamız var. İnşallah, “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Azarkeşlərimiz bilsin ki, meydanda “Qarabağ”ın qazanması üçün çalışan Muarem görəcəklər”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?