Araz Abdullayev oynadı, komandası qələbə qazandı

Araz Abdullayev oynadı, komandası qələbə qazandı
XƏBƏR 7 Fevral 2012 / 16:35 2503
-  A +

Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu Yunanıstanın "Panionios" klubu yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, həmyerlimizin komandası aşağı divizion təmsilçisi "Etnikos Asteras"la qarşılaşıb.

Gərgin keçən oyun 4:3 hesabı ilə "Panionios"un qələbəsi ilə başa çatıb. Superliqa oyunlarından fərqli olaraq Araz bu görüşdə start heyətində çıxış edib.

Qeyd edək ki, "Panionios" Superliqanın son turunda səfərdə AEK-ə 0:1 hesabı ilə məğlub olmuşdu.


Dünya Çempionatı 2026
Son xəbərlər
24.06.26  11:42

Messi 39 yaşında

topaz banner