Azərbaycanlı hakim Avropa kubokunun oyunlarına təyinat aldı

XƏBƏR 6 Fevral 2012 / 11:38 1751
-  A +

Fevralın 17-dən 19-dək Rusiyanın paytaxtı Moskvada EBSC – çimərlik futbolu üzrə Avropa kubokunun final mərhələsinin oyunları keçiriləcək.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev turnirə təyinat alıb.

Xatırladaq ki, Əfqan Həmzəyev Rusiyada keçiriləcək daha bir beynəlxalq turnirdə – fevralın 23-dən 27-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq FİFA klublararası dünya Qran-prisi-ndə də iştirak edəcək. Ə.Həmzəyev turnirin baş hakimi olacaq.


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...