"Sumqayıt" "Rəvan"dan güclü oldu

"Sumqayıt" "Rəvan"dan güclü oldu
XƏBƏR 6 Fevral 2012 / 02:51 1637
-  A +

Unibank Premyer Liqasının ikinci mərhələsi üçün hazırlığını davam etdirən "Sumqayıt" klubu növbəti yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, "Şəfa" stadionunda “Rəvan”la üz-üzə gələn Bernhard Raabın komandası qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb.

"Sumqayıt"ın qollarına Ramil Həşimzadə və Timur İsrafilov imza atıb. "Rəvan"dan isə Taqim Novruzov fərqlənib.

Qeyd edək ki, "Sumqayıt" fevralın 10-da Unibank Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə AZAL-ın qonağı olacaq.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır