Ukraynanın “Arsenal” klubu Unibank Premyer Liqasının oyunlarında istifadə olunan futbol toplarından narazı qalıb.
Qol.Az-ın məlumatına görə, bu haqda "Bakı" ilə Türkiyənin Antalya şəhərində keçirdiyi təlim-məşq toplantısından sonra "topçular"ın futbolçusu Maksim Şatskix yerli mətbuata açıqlama verib.
Özbəkistanlı hücumçu bildirib ki, “Bakı” ilə yanvarın 29-da baş tutan qarşılaşma kifayət qədər gərgin alınıb. İlk yarıda Xavyer Junior Azərbaycan klubunu hesabda önə çıxarıb. Fasilə vaxtı isə “Arsenal”ın xahişi ilə top dəyişdirilib: “Açığı, ilk yarıda oynadığımız toplar heç xoşuma gəlmədi. Biz onlarla əvvəllər heç vaxt oynamamışıq. Ona görə də bir qədər öyrəşə bilmirdik”.
Toplar dəyişdirildikdən sonra “Arsenal” iki qol vuraraq qələbəyə nail olub – 2:1.
Qeyd edək ki, 2010-2011-ci il mövsümündən etibarən klublarımız Peşəkar Futbol Liqasının təklif etdiyi “Jabulani” toplarından yararlanırlar. “Adidas” firmasının istehsal etdiyi toplardan ilk dəfə 2010-cu il dünya çempionatının oyunlarında istifadə olunub. (lent.az)
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı