Tofiq Bəhramov adına Respublika stadionunda tribunaların üstünün örtülməsi prosesinə başlanılıb. Bu barədə arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, stadionun üstü dairəvi örtüklə əhatə olunacaq. Bu məqsədlə hər tərəfdən tribunalar qaldırılaraq bərabər səviyyəyə çatdırılacaq. Tablo istiqamətindəki tribunalar isə böyüdüləcək. Onların arasında yer alacaq mətbuat sektoru yuxarı mərtəbəyə qaldırılacaq. Artıq çəkilişlər də əvvəlki kimi əsas tribuna tərəfdən yox, əks istiqamətdən aparılacaq. Bununla əlaqədar diktor kabinələri tablo istiqamətindəki sektora köçürüləcək. Stadionun əsas sektorunda isə açıq və 14 ədəd qapalı VİP-kabinələr olacaq.
İsmayılov bildirib ki, qarlı hava şəraiti görülən işlərə elə də təsir etməyib. Yalnız bir günlük fasilədən sonra işlər axarına düşüb. Stadionun martın 30-da təhvil verilməsi nəzərdə tutulub. Lakin həmin vaxt meydançanın örtüyü ot yox, asfaltdan olacaq. Bu isə arenanın “Eurovision-2012”yə B planı kimi nəzərdə tutulması ilə əlaqədardır: “Düzdür, beynəlxalq mahnı müsabiqəsinin “Crystal Palace”də keçiriləcəyi rəsmən açıqlanıb. Lakin qaydalara əsasən, təşkilatçı ölkənin B planı da olmalıdır. Ona görə də bizim stadion ehtiyat variant statusunu hələ itirməyib. Hazırda arenamızın meydança hissəsi səhnə qismində asfaltlanıb. “Eurovision-2012”nin Respublika stadionunda keçirilməyəcəyi barədə bizə qəti söz deyilsə, asfalt söküləcək və onun yerinə Azərbaycanın münasib ərazisində əkilmiş ot örtüyü rulon formasında gətirilərək, səriləcək. Bu isə mayadək həllini tapmalıdır”.
Direktor 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasiminin sentyabrın 22-də Respublika stadionunda baş tutacağını da əlavə edib. (lent.az)
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?