İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Karlos Teves qış transfer dövründə klubunun onu satmamasından qəzəblənib.
Qol.Az-ın məlumatına görə, 28 yaşlı hücumçu “Kicker” jurnalına müsahibəsində transfer pəncərəsinin bağlandığı fevralın 1-dək bir neçə klubdan təklif aldığını söyləyib.
Teves hətta Latın Amerikası komandalarından birinə icarə əsasında yollanmağa da razı olub. Lakin onun sözlərinə görə, “Mançester Siti” rəhbərliyi həm icarə, həm də İtaliya “Milan”ı və “İnter”i, eləcə də Fransa PSJ-sindən gələn transfer təkliflərini rədd edib. Argentinalı forvard klubunun bu yolla ondan intiqam almasını istisna etməyib: “Mən bu addımın səbəbini anlaya bilmirəm. Amma nə etmək olar? İnsanlar isə necə istəyirlərsə, o cür də fikirləşsinlər. Ancaq belə də olmaz".
Qeyd edək ki, Karlos Teves yarım ildir “Mançester Siti”nin heyətində meydançaya çıxmır. Səbəb Çempionlar Liqasının qrup mərhələsində Almaniya “Bavariya”sı ilə oyun zamanı onun baş məşqçi Roberto Mançini ilə münaqişəsidir. İkinci hissədə meydançaya salınmasına etirazını bildirən futbolçu klubdan imtina edərək, vətəninə yollanıb. “Mançester Siti” rəhbərliyi onu 1,5 milyon funt sterlinq cərimələyib. Üstəlik, yarım il ərzində Teves 9 milyon funtdan çox itirib. Onun klubla hazırkı müqaviləsi yayda başa çatacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?