"Yuventus" Buffonu buraxmaq niyyətində deyil

"Yuventus" Buffonu buraxmaq niyyətində deyil
XƏBƏR 3 Fevral 2012 / 19:02 1896
-  A +

"Yuventus" klubu əfsanəvi qapıçısı Canluici Buffonu buraxmaq niyyətində deyil.

Qol.Az-ın məlumatına görə, rəhbərlik 34 yaşlı qapıçını daha bir neçə mövsüm komandada saxlamağı planlaşdırır.

"Yuventus"la müqaviləsi 2013-cü ildə başa çatacaq Buffon da komandada qalmaq istədiyini açılqayıb. "Yuventus"un heyətində 300-ə yaxın oyuna çıxan qapıçı azarkeşlərin ən sevimli futbolçularından sayılır.

Qeyd edək ki, Buffon 2001-ci ildə 45 milyon avro müqabilində "Parma"dan "Yuventus"a transfer olunmuşdu.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır