"Simurq" Çin klubunu darmadağın etdi

"Simurq" Çin klubunu darmadağın etdi
XƏBƏR 3 Fevral 2012 / 17:44 2377
-  A +

Təlim-məşq toplanışı Türkiyənin Antalya şəhərində davam etdirən "Simurq" klubu növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisi bu dəfə Çinin BİT klubu ilə qarşılaşıb.

Görüş "Simurq"un böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibini 4 cavabsız qolla məğlub edən Sergey Yuranın komandası Türkiyədə ilk qələbəsini qazanıb - 4:0.

Qeyd edək ki, ilk görüşündə Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşan "Simurq" rəqibin müqavimətini qıra bilməmişdi - 1:1. Gürcüstanın "Torpedo" klubu ilə oyunda da eyni hesab qeydə alınmışdı. Almaniyanın "Offenbax" klubu ilə oyun isə 2:1 hesabı ilə almanların xeyrinə başa çatmışdı.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır