"Qarabağ" son görüşünü qələbə ilə başa vurdu

"Qarabağ" son görüşünü qələbə ilə başa vurdu
XƏBƏR 3 Fevral 2012 / 18:52 5342
-  A +

"Qarabağ" klubu bu gün Antalya toplanışı çərçivəsində sonuncu oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Gürcüstanın "Vit-Corciya" klubu ilə qarşılaşıb.

Görüş "Qarabağ"ın inamlı qələbəsi ilə başa çatıb. Oyunda bütün qollar matçın ilk hissəsində vurulub. Fasiləyə qədər 3 qol vuran "Qarabağ" ikinci hissədə də üstünlüyünü qoruyub - 3:1.

Qeyd edək ki, ilk görüşündə Qazaxıstanın "Taras" klubuna 0:1 hesabı ilə məğlub olan "Qarabağ" ardından Avstriya "Rid"inə də uduzmuşdu - 1:3. Daha sonra Rumıniyanın "Vasluy" klubu ilə 1:1-lik bərabərə qalan Ağdam təmsilçisi ardından Ukrayna "Obolon"una məğlub olmuşdu - 0:3.

Komanda sonuncu yoxlama görüşündə isə Rumıniyanın "Petrolul Ploiesti" klubuna 2:0 hesabı ilə qalib gəldi.



3 fevral

Yoxlama görüşü

17:00. "Qarabağ" - "Vit-Corciya" - 3:1
Qollar: Vaqif Cavadov, 20 (1:0), Adamiya, 22-pen (2:0), Rauf Əliyev, 25 (3:0), Cimakidze, 38 (3:1)


"Qarabağ"ın start heyəti:
Osman Umarov, Maksim Medvedev, Admir Teli, Rəşad Sadıqov, Ansi Aqolli, Namiq Yusifov, Rəşad Sadiqov, Georgi Adamiya, Əfran İsmayılov, Vaqif Cavadov, Rauf Əliyev

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır