"Yuventus" klubunun canlı əfsanəsi Alessandro Del Piyero daha iki ölkədən təklif alıb.
Qol.Az-ın məlumatına görə, 37 yaşlı futbolçunun ya Fransaya, ya da Amerikaya gedəcəyi iddia olunur.
Mövsümün sonunda "Yuventus"dan ayrılacağı gözlənilən Del Piyero Fransanın PSJ, Amerikanın isə "Los Angeles Qalaksi" və "Nyu-York Red Buls" klublarının hədəfinə düşüb.
İtaliyalı futbolçu daha öncə verdiyi açıqlamalarında karyerasını Avropada davam etdirmək istədiyini bildirmişdi. Bu baxımdan Del Piyeronun PSJ klubuna keçidi daha real görünür.
Ancaq Amerika klublarının yüksək məbləğ təklif etməsi futbolçunun fikrini dəyişə bilər. Del Piyero Amerikaya gedəcəyi halda ya Devid Bekhemin ("Los Angeles Qalaksi"), ya da Tyeri Anrinin ("Nyu-york Red Buls") komanda yoldaşı olacaq.
Qeyd edək ki, 1993-cü ilədn bəri "Yuventus"un şərəfini qoruyan Del Piyero komandada keçirdiyi 500-ə yaxın oyunda 205 dəfə rəqib qapılarına yol tapıb.
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu