"Kəpəz"in Bakıya dönüşündə problem yaranıb

"Kəpəz"in Bakıya dönüşündə problem yaranıb
XƏBƏR 2 Fevral 2012 / 14:30 2068
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “Kəpəz” klubu qeyri-sabit hava şəraitinə görə iki gündür Vətənə qayıda bilmir.

Bu barədə Trend-ə klubun prezidenti Elmir Əliyev məlumat verib.

Klub prezidenti bildirib ki, klub Antalyadan İstanbula, ordan isə Azərbaycana yollanmalıdır, lakin əlverişsiz hava şəraiti üzündən İstanbula təyyarə ikinci gündür ki, gəlib çatmayıb.

Klub üzvləri hazırda hoteldə uçuşun baş tutma vaxtını gözləyirlər.

"Bu gün uçuşun Türkiyə vaxtı ilə 19:30-da (Bakı vaxtı ilə 21:30) baş tutması gözlənilir", - deyə klub prezidenti əlavə edib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...