"Qəbələ" "Barselona" əməkdaşlığının növbəti mərhələsinə start verilir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, öncədən nəzərdə tutulduğu kimi, “Qəbələ” Futbol Akademiyasının məşqçilər heyəti təcrübə məqsədi ilə Barselonaya səfər edəcək.
Akademiya direktoru Ali Yavaşın rəhbərlik etdiyi heyətdə Nail Kərimov (Akademiya direktorunun müavini), Halim Fıçıcı (Gənclər Futbolunun İnkişaf Proqramının rəhbəri), Famil Xəlilov (U-17-nin məşqçisi), Eldəniz Süleymanov (U-16-nın məşqçisi), Hüseynqulu Quliyev (U-15-in məşqçisi) və Sərdar Qafarov (U-14-ün məşqçisi) yer alıblar.
Fevralın 3-dən 11-dək davam edəcək səfər müddətində ilkin olaraq “Barselona”nın aşağı yaş qruplarının çempionatdakı çıxışları izləniləcək. Fevralın 4-də isə “Qəbələ” təmsilçiləri "Camp Nou"da “Barselona” – “Real" (Sosyedad) matçına tamaşa edəcəklər. Fevralın 6-dan etibarən isə mərhələli şəkildə “Barselona”nın əsas komanda və akademiya təsisləri, La Masia ilə tanışlıq baş tutacaq.
Bundan sonra akademiya rəhbərliyi ilə görüş təşkil olunacaq. Səfər zamanı klubun idarəetmə sistemi ilə tanışlıq, əsas və əvəzedici komandaların məşqçiləri ilə görüşlər planlaşdırılır. Nümayəndə heyəti İspaniya təmsilçisinin təlim üsulları ilə yaxından tanış olmaq məqsədilə bütün yaş qrupları üzrə komandaların məşq proseslərində iştirak edəcək. Bu yolla bir müddət öncə Qəbələdə “Barselona”lı məşqçilər tərəfindən təşkil olunan seminarların tamamlanması və seminar mövzularının canlı izlənməsi hədəflənir.
May ayında isə ötən ilin dekabrında Qəbələyə Xosep Moratallanın başçılığı altında səfər etmiş məşqçilər heyəti bir daha ölkəmizə gələcək. Səfər zamanı ispanlar yerli məşqçilərin və komandaların durumu və görülən işlərlə bir daha yaxından tanış olacaqlar. Eyni zamanda növbəti mövsüm görülməsi planlaşdırılan işlər müzakirə ediləcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?