Futbol üzrə Uels milli komandasının sabiq baş məşqçisi Qari Spidin ölüm səbəbi müəyyənləşib.
Qol.Az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, ötən ilin noyabrında evində asılı vəziyyətdə tapılan 43 yaşlı mütəxəssisin həyat yoldaşı Lüsi Smit sirrin üstünü hadisədən iki ay sonra açıb.
Həmin gecəni cütlük dostları gildə keçirib. Spid çox şən olub və bu bəzilərinə bir qədər təəccüblü görünüb. Lakin Lüsi burada heç bir qeyri-adilik olmadığına hamını inandırmağa çalışıb.
Evə qayıtdıqdan sonra ər-arvad arasında kiçik deyişmə baş verib. Lüsi evdən çıxaraq maşını ilə qaçmaq istəyib. Lakin Qari “Heç yana getməyəcəksən” deyərək, qapını kilidləyib. Lüsi yataq otağına yollanıb və orada 10 dəqiqə qaldıqdan sonra yenidən çölə çıxmağı qərara alıb.
O, maşında bir müddət keçirdikdən sonra ərinin telefon nömrəsini yığıb. Lakin Qari cavab verməyib. Lüsi avtomobildə gecələməli olub. Səhər saat 6:00-da o, yenidən evə girməyə cəhd edib. Ehtiyat açarı axtarmaq niyyəti ilə evin arxasına keçən Lüsi pəncərədən ərinin asılmış meyitini görüb. Bundan sonra qadın övladlarını yuxudan oyadıb ki, qapıları açsınlar.
Lüsi təhqiqatçının sualına cavabında əri ilə küsüşdüyü vaxtların olduğunu da açıqlayıb. Bu isə Qarinin çoxsaylı səfərlərlə əlaqədar ailəsinə lazımi qədər diqqət ayıra bilməməsindən irəli gəlib. Lüsi bunu aralarındakı fikir ayrılığının əsas səbəbi adlandırıb. Bundan əlavə, dul qalmış qadın əlavə edib ki, intihardan bir neçə gün öncə Qari ona həyatdan getmək fikrində olduğu barədə SMS göndərib.
Qeyd edək ki, Qari Spid Uels millisinə 2010-cu ilin dekabrında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında yığma 10 oyunda 5 qələbə, 5 məğlubiyyət alıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?