"Qəbələ"nin son matçı

XƏBƏR 2 Fevral 2012 / 01:28 1479
-  A +

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” dünən iki məşqlə təlim-məşq toplanışını davam etdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda günün ilk yarısında qaçış və fiziki çalışmalar yerinə yetirib. Günə toplu çalışmalar  və ikitərəfli oyunla yekun vurulub.

Məşqlərdə  Vurğun Hüseynov, Rövşən Əmiraslanov və Deon Barton iştirak etməyiblər. 

“Qəbələ” bu gün yoxlama oyunları çərçivəsində 5-ci - sonuncu oyununa çıxacaq. Komanda Xorvatiya təmsilçisi RNK “Split”lə münasibətlərini aydınlaşdıracaq.

Matç Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.

 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner