"Paxtakor"un baş məşqçisi: "Neftçi" finala layiq oynadı"

"Paxtakor"un baş məşqçisi: "Neftçi" finala layiq oynadı"
XƏBƏR 2 Fevral 2012 / 00:40 1810
-  A +

"Paxtakor" klubunun baş məşqçisi Deyan Curceviç "Neftçi" ilə oyundan sonra fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən Curceviç görüşlə bağlı bunları deyib:

"Neftçi" artıq ilk dəqiqələrdən qol vurub hesabda önə keçdi. Ümumiyyətlə bu oyunda onların hücumlarının qarşısını ala bilmədik. Rəqib dəqiq ötürmələr sayəsində topu özündə daha çox saxlayırdı. "Metallist" klubu üzərindəki qələbədən sonra böyük hesabla məğlub olacağımızı gözləmirdim, bununla belə rəqibimiz finala layiq oynadı".

Qeyd edək ki, "Neftçi" qrupun son görüşündə "Paxtakor"u 3:0 hesabı ilə məğlub edib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...