"Beşiktaş" klubunun sabiq baş məşqçisi Bernd Şuster maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyonun İspaniya kubokunun 1/4 final mərhələsinin ilk görüşünü "Barselona"ya hədiyyə etdiyini bildirib:
"Madriddə baş tutan oyunun start heyətini gördükdə şoka düşdüm. Mourinyonun uzun müddət oynamayan futbolçunu start heyətinə daxil etməsi, Pepeni yarımmüdafiədə oynatması məni çox təəccübləndirdi. Mourinyonun nə düşündüyü məni çox maraqlandırdı. Məncə, Mourinyo oyunu "Barselona"ya hədiyyə etdi. O, daha çox La Liqanı düşünür".
Qeyd edək ki, Madriddə baş tutan ilk oyun 2:1 hesabı ilə "Barselona"nın xeyrinə başa çatmışdı. Cavab görüşündə isə qalib müəyyənləşməmişdi - 2:2.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"