Türkiyə milli komandasının və “Trabzonspor” klubunun futbolçusu Burak Yılmaz İngiltərə “Arsenal”ının maraq dairəsinə düşüb.
Qol.Az-ın “Fox Sports”a istinadən verdiyi məlumata görə, “topçular” Burak üçün “bordo-mavililər”ə 12 milyon funt sterlinq (təqribən 14,4 milyon avro) məbləğində təkliflə müraciət etməyə hazırlaşırlar.
Bu transfer reallaşsa, 27 yaşlı hücumçu xarici klublara keçən ən bahalı türk oyunçu sayılacaq. Hazırkı rekord “Qalatasaray”dan 12 milyon avro qarşılığında İspaniya “Atletiko”suna yollanmış Arda Turana məxsusdur.
Qeyd edək ki, Burak Yılmazla Rusiyanın “Rubin” və MOİK, eləcə də Hollandiyanın “Ayaks” klubları da maraqlanır.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"