Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən Ağdamın "Qarabağ" klubu baxışa çağırdığı daha iki futbolçunu - Kalonas Mindauqas və Qoran Branksini geri göndərib.
Bu barədə Qol.Az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Qurbanovun sözlərinə görə, Litva millisinin yarımmüdafiəçisi Kalonas Mindauqas və xorvatiyalı futbolçu Qoran Branskinin oyunu Rumıniyanın "Petrolul Ploiesti" klubu ilə yoldaşlıq görüşündə (2:0) onu qane etməyib:
"Mindauqas və Branskinin oyununu bəyənmədim. Bundan sonra baxışa bir futbolçu da gələ bilər. Yarımmüdafiə xəttinə yeni futbolçu axtarırıq. Bununla belə, yəqin ki, transfer etməyəcəyik. Çünki vaxtımız azdır".
Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışını fevralın 4-də başa vuracaq.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"