“Neftçi” klubu Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə üçüncü oyununu sabah keçirəcək.
“Ağ-qaralar” Özbəkistanın "Paxtakor" klubu ilə qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, matç əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 13:00-da deyil, 17:00-da başlanacaq. Təşkilatçıların oyun saatını dəyişməsinə səbəb komandaların hamısının eyni xal toplamasıdır. Bununla da son turun oyunları eyni vaxtda başlanacaq.
Qeyd edək ki, turnirdəki ilk qarşılaşmasında Ukrayna “Metallist”inə 1:3 hesabı ilə uduzan “Neftçi” növbəti görüşündə Polşa “Poloniya”sına eyni hesabla qalib gəlib.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"