Son zamanlar meydandakı davranışları ilə hər kəsin qəzəbinə tuş gələn "Real" (Madrid) klubunun müdafiəçisi Pepeni sevənlər də var imiş.
Qol.Az-ın məlumatına görə, İngiltərənin "Çelsi" və "Mançester Siti" klubları portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir.
Hər iki komandanın baş məşqçiləri Pepeni transfer etməyi planlaşdırırlar. Artıq Madrid azarkeşlərinin də gözündən düşən Pepenin mövsümün sonunda "Real"dan ayrılacağı gözlənilir.
Lakin "Real"ın baş məşqçisi Joze Mourinyo həmyerlisini buraxmaq niyyətində deyil. Bununla belə, hər iki ingilis nəhənginin yüksək məbləğ təklif edəcəyi təqdirdə Pepenin komandada qalacağı real görünmür.
Qeyd edək ki, 2007-ci ildən "Real"da çıxış edən Pepe komandanın heyətində 96 oyun keçirib.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"