"Tottenhem"in Adebayor israrı davam edir

"Tottenhem"in Adebayor israrı davam edir
XƏBƏR 31 Yanvar 2012 / 13:34 1992
-  A +

"Tottenhem" klubu "Mançester Siti"dən icarəyə götürdüyü Emanuel Adebayoru komandada saxlamağa çalışır.

Qol.Az-ın məlumatına görə, rəhbərlik toqolu futbolçunun transfer hüququna yiyələnmək üçün "Mançester Siti" ilə danışıqlara başlayıb.

London təmsilçisi Adebayor üçün 8 milyon funt-sterlinq ödəməyə hazır olduğunu açıqlayıb. Lakin "şəhərlilər" 2009-cu ildə 25 milyon funt-sterlinqə transfer etdikləri futbolçunu ucuz satmaq niyyətində deyil.

Bununla belə, "Tottenhem" klubu hələlik Adebayorun təzminat dəyərini müəyyənləşdirməyib. 27 yaşlı futbolçunun da razılığı əsasında bu transferin gerçəkləşməsi gözlənilir.

Qeyd edək ki, Adebayor bu mövsüm çıxdığı 19 oyunda 9 dəfə rəqib qapılarına yol tapıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner