Futbolçuların meydançadakı performansı birbaşa onların meydançadan kənardakı həyatı ilə bağlıdır. Bu mənada ilkin olaraq futbolçunun fiziki hazırlığı, məşq prosesləri ön plana çıxır. Amma peşəkar klubların və onlara aid olan futbolçuların gündəlik rejiminə diqqət yetirsək, düzgün qidalanmanın futbolçunun həyatında nə dərəcədə ciddi rol oynadığını görərik.
Bu məsələnin ciddiyətini nəzərə alan “Qəbələ”nin son addımı da məhz futbolçuların duzgün qidalanmasına, daha sağlam, dözümlü və güclü olmasına hesablanıb. Belə ki, Marmara Universitetinin professoru, idmançıların düzgün qidalanması üzrə ixtisaslaşmış, ilk dəfə Türkiyədə bu sahəni futbolda tətbiq edən, daha öncə 7 il bu sahə üzrə “Beşiktaş” klubunda fəaliyyət göstərmiş Aysel Pehlivan “Qəbələ”nin Antalya düşərgəsinə dəvət olunub. Aysel xanım ikigünlük səfəri zamanı heyətdəki futbolçuların hər biri ilə təklikdə görüşüb, onların qidalanma və çəki ilə bağlı problemlərini dinləyib və bu barədə həm futbolçulara, həm də məşqçilərə lazımi məsləhətlər verib. Yekunda isə məşqçi və futbolçu heyətinin iştirakı ilə seminar təşkil olunub. Toplantıda oyundan öncəki və oyun günləri tətbiq olunması vacib sayılan yemək və içki rasionları barədə məlumat və tapşırıqlar verilib, futbolçuları maraqlandıran suallar cavablandırılıb.
Qol.Az-ın məlumatına görə, seminardan sonra Aysel Pehlivan klubun rəsmi saytına düzgün və sağlam qidalanma barədə maraqlı açıqlamalar verib: “Düşərgənizdə maraqlı 2 gün keçirdim. Gəlişimin məqsədi futbolçuların qidalanmasını və çəkilərini nəzərdən keçirmək, onları narahat edən problemləri dinləmək və bunlarla bağlı çıxış yolu göstərmək idi. Bütün futbolçuların çəkilərini yoxladıq, artıq və əskik çəkisi olan futbolçulara məsləhətlərimizi verdik. Bundan əlavə Qəbələdəki qidalanma rejimi və menyu ilə tanış oldum. Məşqçilərə menyuya hansı əlavələr edilə biləcəyi barədə fikirlərimi bildirdim. İlkin mərhələdə lazımı tapşırıqlar verildi. Qərara gəldik ki, bu prosesi müəyyən zaman aralığı ilə daim həyata keçirək. İki ay sonra yenidən bu prosesi təkrarlamağı və tapşırıqlarımızın futbolçulara necə təsir etdiyini yoxlamağı planlaşdırırıq. Bu gedişlə düzgün qidalanmanı futbolçuların həyatında vərdişə çevirməyi hədəfləyirik.
A.Pehlivan daha sonra idmançıların çəkilərinin artmasına səbəb olan bəzi nüanslar haqda danışıb: “Artıq çəkiyə səbəb olan və çox istifadə olunan 1 nömrəli qida şəkərdir. Gün ərzində normadan artıq qəbul olunan ağ şəkər dolayı yolla piylənməyə səbəb olur. Əgər idmançı çoxlu şirniyyat qəbul edirsə, bu onun çəkisində özünü mütləq əks etdirir. Yaxşı olardı kı, idmançılar bədənin tələb etdiyi şəkəri təbii qidalar – meyvələr və tərəvəzlər vasitəsilə qəbul etsinlər. Alkoqollu içkilər də artıq çəkiyə səbəb olur. Futbolçular düşünür ki, çörək yemək onlarda problem yarada bilər. Amma bu tamamilə yanlış məlumatdır. Çörək çox vacib qidadır. Amma idmançıların ağ çörəkdən deyil, qara – kəpəkli çörəkdən istifadə etməsi vacibdir”.
Kürasao - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Ekvador - Almaniya: Heyətlər
"Bavariya" mundial oyunçusuna göz dikdi
"Mançester Yunayted" onu yenidən "Trabzonspor"a göndərir
Uğursuz çıxışdan sonra millini tərk etdi
Mərakeş millisindən yeni rekord
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
Mourinyo oyunçularının DÇ-2026-nı tez tərk etməsini istəyir
"Rəqibə hörmətlə yanaşsaq..."
Mundiallarda ən çox ona qarşı qayda pozuldu
“Qarabağ”dan bu yayın 6-cı transferi - Rəsmi
"Bayer"dən "Arsenal"a keçdi
AFFA 2 komandanın şikayətini təmin etdi
"Səbail"ə qayıtdı
Rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
Corcina: "Ronaldo 50 yaşına qədər oynaya bilər"
Fransa - Norveç matçı təxirə salına bilər
Ronaldo və Rivaldonun göstəricisini təkrarladı
"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" - Kenan Yıldız
Meksika azarkeşlərinin bayramı faciə ilə nəticələndi
FIFA bu ölkənin üzvlüyünü dayandırdı
Tramp: "DÇ-2026 rekordlar qırır"
“İnter” Dimarkonun müqaviləsini uzadır
İran millisi Misirlə oyundan əvvəl problemlə üzləşdi
Neymar paltardəyişmə otağında ağlayıb
Urfan Abbasovla yollar ayrıldı
Keyta "Qəbələ" ilə müqaviləni uzatdı
Mundialda bombardirlik yarışı - TOP-20-də kimlər var?
Mərakeş Haitini bu 4 qolla yola saldı - Video
DÇ-2026 ilə vidalaşdı, növbəti mundiala hazırlaşır
"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi
Mehdi Cənnətovun yeni klubu
Montella azarkeşlərə müraciət etdi
FİFA-nın yeni dünya çempionatı Azərbaycanda - Rəsmi
Vinisiusun dublu, Braziliyanın qələbəsi - Video
Mundialda ilk pley-off cütü müəyyənləşdi
DÇ-2026: Bugünkü oyunların təqvimi və nəticələr
İsveçrə Kanadaya belə qalib gəldi - Video
Neymar DÇ-2026-da ilk dəfə heyətə daxil edildi
İsveçrə və Kanada pley-off-da, Qətər qrupda qaldı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"