"Qalatasaray" şok itki ilə üzləşdi

"Qalatasaray" şok itki ilə üzləşdi
XƏBƏR 31 Yanvar 2012 / 02:41 2625
-  A +

Türkiyə Superliqasının hazırki lideri "Qalatasaray" klubu şok itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın ulduz futbolçusu Emanuel Ebuye Afrika kuboku çərçivəsində keçirilən Fil Dişi Sahili - Anqola matçında zədələnərək sıradan çıxıb.

Matçın 35-ci dəqiqəsində Fil Dişi Sahili yığmasının ilk qoluna imza atan futbolçu az sonra topu uzaqlaşdırmaq istəyərkən zədələnib. Qasıq nahiyyəsindən zədə alan futbolçunun hansı müddətə sıradan çıxmasına isə tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Fil Dişi Sahili - Anqola matçı 2:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...