Kaxaber Sxadadze: "Hesab daha böyük ola bilərdi"

Kaxaber Sxadadze: "Hesab daha böyük ola bilərdi"
XƏBƏR 31 Yanvar 2012 / 02:09 1929
-  A +

"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Şturm"la oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis görüşlə bağlı bunları bildirib:

"Rəqibimiz kifayət qədər güclü komanda idi. Atletik futbol sərgiləməsi ilə fərqlənirdi. Buna baxmayaraq, "İnter" daha yaxşı oyun nümayiş etdirdi və layiqli qələbə qazandı. Oyunda yaratdığımız qol vəziyyətlərindən yararlansaydıq, o zaman hesab daha böyük ola bilərdi".

Qeyd edək ki, "İnter" - "Strum" oyunu 2:1 hesabı ilə "bankirlər"in xeyrinə başa çatıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner