"Şaxtyor" klubundan UEFA-ya etiraz

"Şaxtyor" klubundan UEFA-ya etiraz
XƏBƏR 31 Yanvar 2012 / 01:33 1742
-  A +

Ukraynanın "Şaxtyor" klubu UEFA-ya etiraz məktubu ünvanlayıb.

Qol.Az-ın məlumatına görə, buna UEFA-nın qanında qadağan olunmuş preparatın aşkarlandığı qapıçı Aleksandr Rıbkanı 2 illiyinə futboldan kənarlaşdırması səbəb olub.

Cəzanın ağır olması ilə bağlı UEFA-ya etiraz edən "Şaxtyor" klubunun rəhbərliyi məsələyə yenidən baxılmasını tələb edib. UEFA-dan isə buna hələlik heç bir cavab gəlməyib.

Qeyd edək ki, ötən ilin noyabrında "Karpat"la görüşdən sonra dopinq testindən keçən Rıbkanın nəticələri müsbət çıxdığı üçün qapıçı UEFA tərəfindən 2 illik cəzalandırılmışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner