Kaka: "Real"da qalacağıma dair zəmanət aldım"

Kaka: "Real"da qalacağıma dair zəmanət aldım"
XƏBƏR 31 Yanvar 2012 / 01:14 1861
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Kaka uzun müddət komandada qalacağını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, rəhbərliklə görüşən braziliyalı ulduz "Real"da qalacağına dair zəmanət aldığını bildirib:

"Klub prezidenti Florentina Perez və baş məşqçi Joze Mourinyo ilə görüşdüm. Danışıqlar apardıq və komandada qalacağıma dair zəmanət aldım.

Şaiyələrə gəldikdə isə bunlar hər zaman olacaq. Mətbuat mənim "Real"dan ayrılacağımı ilk dəfə yazmır. Ancaq mən hər müsahibəmdə "Real"da qalacağımı bildirirdim".

Qeyd edək ki, 2009-cu ildə "Milan"dan "Real"a transfer olunan 29 yaşlı futbolçu Madrid təmsilçisinin heyətində 55 oyun keçirib və 19 dəfə rəqib qapılarına yol tapıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner