Türklər Amit Quluzadənin çıxışına qiymət verdilər

Türklər Amit Quluzadənin çıxışına qiymət verdilər
XƏBƏR 31 Yanvar 2012 / 00:18 1919
-  A +

Türkiyə Bank Asya liqasının sonuncu turu çərçivəsində Türkiyənin "Kayseri Erciyesspor" klubunun heyətində növbəti matçına çıxan Amit Quluzadənin oyunu qiymətləndirilib.

Qol.Az-ın məlumatına görə, "Konyaspor"la oyunda 73 dəqiqə meydanda olan Amitin çıxışı 5 balla layiq görülüb.

Türkiyə mətbuatı digər futbolçularla müqayisədə Amitin çıxışına aşağı bal verib. Amitlə yanaşı, daha 5 futbolçu da 5 balla qiymətləndirilib. Yerdə qalan oyunçular isə 6 bala layiq görülüblər.

Qeyd edək ki, "Konyaspor" - "Kayseri Erciyesspor" matçı 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...