"Simurq"un planları dəyişdi

XƏBƏR 30 Yanvar 2012 / 21:18 1602
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən “Simurq” klubunun planlarında dəyişiklib edilib.

Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcədən hazırlıqlarını yanvar ayının 31-nə qədər davam etdirməyi planlaşdıran Zaqatala təmsilçisi qərarını dəyişib. Belə ki, komandanın toplanışı fevral ayının 7-nə qədər davam edəcək.

Sergey Yuranın yetirmələri fevral ayının 3-də daha bir yoldaşlıq görüşündə gücünü sınayacaq.

Rəqibin kimliyi isə hələ bəlli deyil. 


Qarabağ FK
Son xəbərlər
topaz banner