"Paxtakor" "Metallist"dən güclü oldu

"Paxtakor" "Metallist"dən güclü oldu
XƏBƏR 30 Yanvar 2012 / 19:40 2542
-  A +

Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyunlar keçirilib.

Qol.Az-ın məlumatına görə, B qrupunda mübarizə aparan təmsilçimiz "Neftçi"nin rəqibləri "Paxtakor" (Özbəkistan) və "Metallist" (Ukrayna) klublarının görüşü artıq başa çatıb.

Əsas hissəsi 1:1 hesabı ilə başa çatan görüşdə əlavə vaxta ehtiyac duyulub ki. Görüşün əlavə vaxtında da hesab dəyişməyib. Penaltilər seriyasında isə  Özbəkistan təmsilçisi sonda görüşü qələbə ilə başa vurub - 4:3.

Qeyd edək ki, turnirin reqlamentinə görə, qrup mərhələsində keçirilən bütün oyunların qalibi müəyyənləşməlidir. Əgər hər hansı bir görüşün əsas vaxtı heç-heçə başa çatarsa, komandalar əlavə vaxtda da mübarizə aparacaqlar.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner