"Turan" bir neçə yoxlama oyunu keçirəcək

"Turan" bir neçə yoxlama oyunu keçirəcək
XƏBƏR 30 Yanvar 2012 / 18:41 1500
-  A +

Yanvarın 28-dən hazırlıqlara başlayan “Turan” bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.

Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Turan"ın rəhbəri Süleyman Tağıyev komandada hazırda 28-30 futbolçunun olduğunu bildirib:

"Asəf Qədiri, Xəyal Qarayev, Natiq Kərimi, Cavad Mirzəyev “Turan”ın heyətinə cəlb etdiyi yeni futbolçulardır. Gürcü legionerlər də komandanın düşərgəsindədir. Yanvarın 30-da “Şəmkir”lə, fevralın 1-də isə “Tərəqqi” ilə yoxlama oyunu keçirməyi və bir neçə yeni futbolçunu heyətə cəlb etməyi planlaşdırırıq".


Mənbə: Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı

Daha çox


Son xəbərlər