Arşavin Premyer Liqaya doğru?

Arşavin Premyer Liqaya doğru?
XƏBƏR 30 Yanvar 2012 / 15:53 2775
-  A +

"Arsenal" klubunun yarımmüdafiəçisi Andrey Arşavin yenidən Rusiya Premyer Liqasına çıxış edə bilər.

Qol.Az-ın məlumatına görə, rusiyalı futbolçunun "Zenit" (Peterburq) klubuna qayıdacağı iddia olunur.

Peterburq təmsilçisi Arşavin üçün 8 milyon avro ödəməyə hazırdır. Bu mövsüm "Arsenal"ın əsas heyətindən kənarda qalan futbolçunun da "Zenit"in təklifini müsbət qarşıladığı bildirilir. Lakin "Arsenal" rəhbərliyi Arşavinlə bağlı qərar verməkdə tələsmir.

Qeyd edək ki, Arşavin 2009-cu ildə 15 milyon avro qarşılığında məhz "Zenit"dən "Arsenal"a transfer olunmuşdu.

Daha çox


Son xəbərlər