Azərbaycan turnirdə üçüncü oldu

Azərbaycan turnirdə üçüncü oldu
XƏBƏR 30 Yanvar 2012 / 13:52 1783
-  A +

İstanbulda Vehbi Əmrənin xatirəsinə keçirilən olunmuş yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir başa çatıb. 

Qol.Az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Türkiyə, İsveç, Gürcüstan, İtaliya, Belarus, Özbəkistan, Qazaxıstan, Yaponiya, Rusiya, İran, Ukrayna və Yunanıstan iştirak edib.

Məşqçilər Salih Bora, Şaban Donat və Mutaalib Yerlikayanın rəhbərliyi altında yığma komandanın 4 üzvü fəxri kürsüyə yüksələ bilib. Turnirin ilk günündə mübarizəyə qoşulan güləşçilərimizdən Elçin Əliyev (55 kq) və Vitali Rəhimov (66 kq) bürünc medal qazanıb.

Turnirin son günündə də yığmamız 2 bürünc medala yiyələnib. Medalları komandamıza Kamran Məmmədov (60 kq) və Şalva Qadabadze (96 kq) qazandırıb.

Ümumilikdə, 4 bürünc medal qazanan yığmamız 43 xalla komanda hesabında üçüncü olub. Azərbaycanla eyni xalı toplayan Türkiyə 2 qızıl medalla ikinci yeri tutub. Birinci yerə isə Rusiya komandası çıxıb.  


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner