Amit Quluzadə oynadı, komandası uduzdu

Amit Quluzadə oynadı, komandası uduzdu
XƏBƏR 30 Yanvar 2012 / 13:09 1791
-  A +

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu Türkiyənin "Kayseri Erciyesspor" klubu ötən gün Bank Asya liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi səfərdə "Konyaspor"la qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Matçın taleyini isə bir qol həll edib. Serkan Şahinin 69-cu dəqiqədə vurduğu qol oyunda yeganə olub - 1:0.

Qeyd edək ki, start heyətində meydana çıxan Amit matçın 71-ci dəqiqəsində əvəzlənib. 


Qarabağ FK
Son xəbərlər
topaz banner