Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyunlar keçirilib.
Qol.Az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən Bakının "Neftçi" klubu bu gün keçirdiyi ikinci matçında Polşanın "Poloniya" klubuna 3:1 hesabı ilə qalib gəldi.
Xatırladaq ki, İlk görüşdə Ukraynanın "Metallist" klubuna 1:3 hesabı ilə məğlub olan "Neftçi" qrup qalibi olmaq şansını davam etdirmək üçün bu oyunda mütləq qələbə qazanmalı idi.
30 yanvar
Yoxlama görüşü
"Neftçi" - "Poloniya" - 3:1
Qollar: Bahadır Nəsimov, 22 (1:0), 39 (2:0), Lukaş Teodorçuk, 81 (2:1) Cavid İmamverdiyev, 90 (3:1)
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Ruslan Abışov, Slavço Georgiyevski, Cavid Hüseynov, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Denis Silva, Ruslan Əmircanov, Bahadır Nəsimov.
"Poloniya"nın start heyəti: M.Başinski, T.Yadlovets, P.Vjolek, L.Tralka, B.Aviram, M.Sadlok, T.Brziyski, A.Todorovski, P.Sultes, B.Koutinyu, S.Prujurovski.
Oyun başladı
"Neftçi" oyuna daha fəal başladı
2. İlk təhlükə polşalıların qapısı ağzında yarandı. Rəşad Abdullayevin ötürməsindən sonra Bahodir Nasimov topa çata bilmədi.
4. Ruslan Abışovun başla zərbəsi çərçivədən yayındı
15. Oyunun ilk 15 dəqiqəsi "Neftçi"nin tam üstünlüyü şərtaitində keçir amma bu hələ ki, hesabda öz əksini tapmayıb
22. Qoool. "Neftçi"nin təzyiqi qolla nəticələndi.Cavid Hüseynovun sol cinahdan ötürdüyü topu Bahadır Nəsimov başla qapıdan keçirdi - 1:0
28. Hakim Ruslan Abışova sarı vərəqə göstərir
39. Qooool. Rəqib komandanın hücumunu dəf etmiş Rauf Mehdiyev topu birbaşa Bahadır Nəsimova ötürür, o da öz növbəsində fərqi artırır - 2:0
İlk hissə başa çatdı
İkinci hissə başladı.
"Neftçi"nin heyətində dəyişiklik var. Rəşad Abdullayevin əvəzinə meydana gənc Emin Mehdiyev daxil olur.
50. İkinci hissəyə "Poloniya" daha fəal başladı. Bir epizodda Rauf Mehdiyev rəqibin fərqlənməsinə imkan vermədi.
53. Gənc Emin Mehdiyevin təxminən 30 metr məsafədən vurduğu möhtəşəm zərbə qapı tirinə tuş gəldi
61. Ruslan Abışovu gənc Elvin Yunuszadə əvəzləyir.
70. Gənc Emin Mehdiyevin zərbəsində azacıq dəqiqlik çatmadı
72. Yakub Toşek Emin Mehdiyevin qarşısını kobudluqla alır və hakim futbolçuya sarı vərəqə göstərir.
81. Hesab arasındakı fərq azalır. Polşalıların qoluna Lukaş Teodorçuk imza atır. 2-1.
87. Cavid İmamverdiyev Mirhüseyn Seyidovu əvəzləyir.
90. QOL. Meydana yenicə daxil olmuş Cavid İmamverdiyev "solo ifası"nı qolla bəzədi.
Matç başa çatdı.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?