"Valensiya"nın türk futbolçusu xəstəxanalıq oldu

"Valensiya"nın türk futbolçusu xəstəxanalıq oldu
XƏBƏR 30 Yanvar 2012 / 03:09 1880
-  A +

"Valensiya" klubunun türkiyəli futbolçusu Mehmet Topal İspaniya La Liqasının son turu çərçivəsində keçirilən "Santander" matçını yarımçıq tərk etməli olub.

Qol.Az-ın məlumatına görə, matçın 84-cü dəqiqəsində rəqib futbolçu ilə baş-başa toqquşan Topal oyunu davam etdirə bilməyib və dərhal əvəzlənib.

Özünü yaxşı hiss etməyən türkiyəli futbolçu yaxınlıqdakı xəstəxanaya aparılıb. İlkin tibbi yardımdan sonra isə özünə gələn Topalın səhhətində ciddi problemin olmadığı aşkarlanıb.

Belədə, 25 yaşlı futbolçunun qarşıdakı oyunlarda "Valensiya"ya kömək edəcəyi gözlənilir. "Santander"lə oyunda Topalın meydanı tərk etməsindən bütün əvəzetmələrdən istifadə edən "Valensiya" görüşü 10 nəfərlə davam etdirmək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, "Santander" - "Valensiya" oyunu 2:2 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...