"Çelsi"nin aparıcı oyunçusu sıradan çıxdı

"Çelsi"nin aparıcı oyunçusu sıradan çıxdı
XƏBƏR 30 Yanvar 2012 / 02:51 1821
-  A +

İngiltərə Federasiya kuboku (FA) çərçivəsində səfərdə "Kvins Park Reyncers"i məğlub edən (1:0) "Çelsi" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, "zadəganlar"ın aparıcı futbolçusu Ramires zədələnərək sıradan çıxıb.

Çarpaz bağlarından zədələnən braziliyalı futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. "Çelsi"nin baş məşqçisi Andre Villas Boaş da Ramiresin zədəsinin ciddi olduğunu təsdiqləyib:

"Ramiresin zədəsi ciddi görünür. Onun gələcək taleyinə sabah keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. Ancaq futbolçunun ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir".

Qeyd edək ki, 2010-cu ildə 22 milyon avro qarşılığında "Benfika"dan "Çelsi"yə transfer olunan Ramires Boaşın vazkeçilməz oyunçularından hesab olunur.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner