"Yuventus"un hücumçusu Premyer Liqa yolunda

"Yuventus"un hücumçusu Premyer Liqa yolunda
XƏBƏR 30 Yanvar 2012 / 01:25 1876
-  A +

"Yuventus"un futbolçusu Miloş Krasiç karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu "Zenit" (Peterburq) klubunun maraq dairəsinə düşüb. 

Peterburq təmsilçisi serbiyalı futbolçu üçün 8 milyon avro ödəməyə hazırdır. Ancaq "Yuventus" rəhbərliyi Krasiçi 14 milyon avrodan aşağı məbləğə satmayacaqlarını bildirib.

Bu mövsüm 7 oyuna çıxan və cəmi bir qol vuran Krasiçlə digər Rusiya klubu CSKA (Moskva) da yaxından maraqlanır. Lakin "Yuventus" rəhbərliyi hələlik Krasiçlə bağlı qərar verməyə tələsmir.

Qeyd edək ki, Krasiç 2010-cu ildə 15 milyon avro müqabilində CSKA-dan "Yuventus"a transfer olunmuşdu.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner