Fatih Kavlak komandasından razı qaldı

Fatih Kavlak komandasından razı qaldı
XƏBƏR 29 Yanvar 2012 / 22:26 1659
-  A +

“Yaxşı bir oyun oldu. Bir çox futbolçu bu gün 90 dəqiqə meydanda oldu. Hamısının durumundan razıyam”.

Bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak Rumıniyanın “Vitorul Konstanta" komandasına qarşı keçirilmiş oyundan (1:0) sonra  Qol.Az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə bildirib.

O, komandada yaxşı və çatışmayan cəhətlərin olduğunu söyləyib: “Amma çatışmazlıqları tədricən aradan qaldırırıq”.

Türkiyəli mütəxəssis yeni transferləri Yannik Kamanan və Elmar Baxşiyevin yaxşı mübarizə apardığını, onların hər ikisindən razı qaldığını vurğulayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner