"Arsenal" "Bakı"ya beş qol vuracaq"

"Arsenal" "Bakı"ya beş qol vuracaq"
XƏBƏR 29 Yanvar 2012 / 14:44 2690
-  A +

Xəbər verdiyimiz kimi, bu gün “Bakı”  Antalya toplanışı çərçivəsində Ukraynanın “Arsenal” klubu ilə qarşılaşacaq.

Oyunöncəsi “Arsenal” klubunun azarkeşləri Ukrayna mətbuatında matçla bağlı fikirlərini bildiriblər. Qol.Az saytı həmin şərhləri sizə təqdim edir.

Zlyuka Bober: Fikrimcə, “Arsenal” asanlıqla qələbə qazanacaq.

AK2001: “Bakı” əvvəlki CSKA klubudur? Məncə, “Arsenal” minimum 5:0 hesabı ilə qələbə qazanmalıdır. Çünki bizim klubumuz daha güclüdür. Doğrudur ki, həmişə rəqibi də qiymətləndirmək lazımdır. Bu futboldur və hər şey ola bilər.

Valeriy: Bu oyunda "Arsenal" "Bakı"ya 5 qol vuracaq.

Vlad: Razıyam ki, rəqib o qədər də zəif deyil. Azərbaycanda futbolun inkişafı üçün böyük sərmayələr qoyulur. “Bakı” Avroliqa oyunlarında çıxış edib. Bu çox şeydən xəbər verir. Səhv etmirəmsə, rəqibin toplanışı yekunlaşmaq üzrədir. Onlar da hazırlıqlarını qələbə oyunu ilə başa vurmaq istəyəcəklər. Bununla belə, əminəm ki, komandamız Azərbaycan klubuna qarşı döyüşəcək.

Sergey: İstənilən halda Azərbaycan klubları bir o qədər də güclü deyil. İnanmıram ki, çətinlik çəkəcəyik.

Mixail: Rusiya klubları ilə qarşılaşmaq daha yaxşı olardı. Onların çempionatı daha güclüdür. Başa düşmürəm ki, toplanışda “Bakı” kimi komanda ilə qarşılaşmağın nə mənası var? Bəlkə baş məşqçimiz futbolçularımızın qələbənin ləzzətini asanlıqla dadmasını istəyir?
 

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...