"Çalışacağıq ki, turnirdə özümüzü yaxşı tərəfdən göstərək"

"Çalışacağıq ki, turnirdə özümüzü yaxşı tərəfdən göstərək"
XƏBƏR 29 Yanvar 2012 / 01:33 1601
-  A +

"Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək Premyer Liqa oyunlarına hazırlıq baxımından əhəmiyyətlidir. Yarışdakı güclü komandalarla oyunlarda gənc futbolçularımız da hədsiz dərəcədə təcrübə qazanacaqlar".

Qol.Az-ın məlumatına görə, bu sözləri klubun rəsmi saytına müsahibəsində "Neftçi"nin müdafiəçisi Denis Silva deyib.
 
Braziliyalı futbolçu daha sonra təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib: "Məşqlərimiz olduqca maraqlı keçir. Çempionat oyunlarına səylə hazırlaşırıq. Çalışacağıq ki, qarşıdakı turnirdə də özümüzü yalnız yaxşı tərəfdən göstərək".


 


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...