İngiltərə kuboku: "Liverpul" "Mançester Yunayted"in yolunu kəsdi

İngiltərə kuboku: "Liverpul" "Mançester Yunayted"in yolunu kəsdi
XƏBƏR 29 Yanvar 2012 / 01:26 2124
-  A +

İngiltərə Federasiya kubokunda növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə 12 qarşılaşma baş tutub.

Səfərdə "Kvins Park Reyncers"in qonağı olan "Çelsi" rəqibini tək qolla keçib. Xuan Matanın 62-ci dəqiqədə vurduğu qol "zadəganlar"ı növbəti mərhələyə çıxarıb - 1:0.
 
"Nyukasl" isə səfərdə gözlənilmədən "Briqton"a məğlub olub. Matçın taleyini isə bir qol həll edib. Vilyamson matçın 76-cı dəqiqəsindəki avtoqolu "Nyukasl"ın yolunu kəsib.

Günün mərkəzi qarşılaşması isə Liverpulda baş tutub. Burada yerli "Liverpul" klubu "Mançester Yunayted"i qəbul edib. Görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Qeyd edək ki, kubokun qalan iki görüşü isə bu axşam keçiriləcək.

 

27 yanvar

İngiltərə Federasiya kubokunda növbəti oyunlar

"Uatford" - "Tottenhem" - 0:1
Qol:
Van der Vaart, 42 (0:1)

"Everton" - "Fulhem" - 2:1
Qollar:
Mörfi, 14-pen (0:1), Strakualursi, 27 (1:1), Fellaini, 73 (2:1)

 


28 yanvar

"Kvins Park Reyncers" - "Çelsi" - 0:1
Qol:
Mata, 62-pen (0:1)

"Liverpul" - "Mançester Yunayted" - 2:1
Qollar:
Agger, 20 (1:0), C.S Park, 39 (1:1), Kuyt, 88 (2:1)

"Bləkpul" - "Şeffild Venzdey" - 1:1
Qollar: Morrison, 52 (0:1), Filips, 90-pen (1:1)

"Vest Bromviç" - "Norviç" - 1:2
Qollar:
Holt, 35 (0:1), Fortune, 54 (1:1), Cəkson, 85 (1:2)

"Hal Siti" - "Kroley" - 0:1
Qol:
Tabs, 57 (0:1)

"Stevenage" - "Notts Co" - 1:0
Qol:
Strüart, 12-avtoqol (1:0)

"Derbi" - "Stok Siti" - 0:2
Qollar:
Jerom, 5 (0:1), Hat, 81 (0:2)

"Leyçester" - "Svindon" - 2:0
Qollar:
Bekford, 5 (1:0), 53 (2:0)

"Millvol" - "Saushempton" - 1:1
Qollar:
Lambert, 31 (0:1), Henderson, 86 (1:1)

"Şeffild Yunayted" - "Birmingem" - 0:4
Qollar:
Redmond, 18 (0:1), Runi, 38 (0:2), 78 (0:4), Elliot, 58 (0:3)

"Bolton" - "Suonsi" - 2:1
Qollar:
More, 43 (0:1), Pratli, 45 (1:1), İqls, 56 (2:1)

"Briqton" - "Nyukasl" - 1:0
Qol:
Vilyamson, 76-avtoqol (1:0)


 

29 yanvar

"Sanderlend" - "Midlsbro"

"Arsenal" - "Aton Villa"


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...