Ruslan Abışov: "Azarkeşlər maraqlı oyunun şahidi olacaqlar"

Ruslan Abışov: "Azarkeşlər maraqlı oyunun şahidi olacaqlar"
XƏBƏR 29 Yanvar 2012 / 01:04 1888
-  A +

"Təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Məşqçilərin tapşırığını həvəslə yerinə yetiririk".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Ruslan Abışov klubun rəsmi saytına müsahibəsində deyib.

İstedadlı müdafiəçi komandanın Antalyada keçirdiyi hazırlıq prosesi ilə bağlı təəssüratlarını bölüşüb: "Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak etməyə hazırlaşırıq.

Bildiyiniz kimi, ilk rəqibimiz Xarkovun "Metallist" klubu olacaq. "Metallist" hazırda əla heyətə malikdir. Bu komanda artıq nəinki Ukraynanın, Avropanın da güclü klublarından hesab olunur. İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar".


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...