"Neftçi" Rumıniya yığmasına böyükhesabla uduzdu

"Neftçi" Rumıniya yığmasına böyükhesabla uduzdu
XƏBƏR 29 Yanvar 2012 / 01:02 2537
-  A +

"Neftçi" klubunun əsas heyəti ilə birgə əvəzediciləri də Türkiyədə təlim-məşq toplanışını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri bu gün ikinci yoxlama matçını keçirib.

Baş məşqçi Elşad Əhmədovun rəhbərlik etdiyi komanda Rumıniyanın U-21 yığması ilə qarşılaşıb. 77-ci dəqiqəyədək hesab açılmasa da, rəqib son 13 dəqiqə ərzində 4 dəfə fərqlənib - 0:4. "Neftçi"nin əvəzedici heyətinin oyunçularından bir neçəsi əsas komandaya cəlb edildiyindən, bir neçəsi isə Azərbaycanın U-21 yığmasının heyətində təlim-məşq toplanışında olduğundan meydançaya əsasən 16-17 yaşlı futbolçular çıxıblar.
 
Qeyd edək ki, yanvarın 19-dan hazırlıq prosesində olan "Neftçi"nin gəncləri ayın 25-də Moskva "Dinamo"sunun əvəzedicilərinə 1:0 hesabı ilə qalib gəlmişdi. "Neftçi" hazırlıq prosesində son yoxlama oyununu fevralın 2-də Almaniyanın 3-cü Bundesliqa klublarından birinə qarşı keçirəcək.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...